Cavanlıq eşqinə düşmüş mənim bu pir olan könlüm,Dəmadəm nazəninlərdən vurur dəm natəvan könlüm.

Dolanmış natəvanlıq dövrünü Xurşidi-ənvərtək,Çıxıbdır pirilik dövründən, olmuşdur cavan könlüm.

Bahar əyyamıdır, hala, vətən bir laləzar olmuş,Görərkən öz gülün bülbül kimi eylər fəğan könlüm.

Ədibə, şairə, rəssamə çox qiymət verir ellər,Məhəbbət zövqünü duyduqca olmuş şadiman könlüm.

Yanır pərvanələr şəmin əgər sevdayi-eşqilə,Dolan sən yar şövqilə olub pərvanə, yan, könlüm.

İnanmır neyləyim, Vahid, mənə istəkli cananım,Ona göstərsə, əlbəttə, özün bir gün yanan könlüm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love