Bir nazənin bəyənmişəm, əsli qazaxlıdır,Hərdən gülümsəyirsə də, çox qaşqabaqlıdır.

Biganə dindirəndə o gül can deyir ona,Mən can desəm, acıqlı baxır, çox maraqlıdır!

Naz eləyir rəqibimə, dindirməyir məni,Guya ki, qönçə güldü, onun ağzı bağlıdır.

Al qırmızı geyir Qarabağ nazəninləri,Bilməm, nə üz verib o gülə qarə bağlıdır.

Fərhadı olmuşam yenə bir lalə üzlünün,Şirin baxışla yüz can alır, nəsli dağlıdır.

Olmaz zəmanəmizdə belə nazənin gözəl,Yüz min nigarə tənə vuran gülyanaqlıdır.

Vahid, nə lazım öylə gözəl, qanmır aşiqi,Sevmək bir öylə dilbəri ki, anlacaqlıdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love