Bilməm, bu nazənin kimin istəkli yarıdır?
Bilməm, bu nazənin kimin istəkli yarıdır?Ya hansı bəxtiyarların bəxtiyarıdır!
Açdıqca gül cəmalını, ellər fərəhlənir,Guya, gözəllik aləminin novbaharıdır.
Dünya bu nazənin mələkin həsrətin çəkir,Xəlqin sevimli afəti, həm şəhriyarıdır.
Yüz dəfə yansaq eşq oduna, qorxu bilmərik,Çünki diyarımız bizim odlar diyarıdır.
Bir vaxt səcdəgah idi atəşpərəstlərə,Şəhri-Səba ki, mərkəzi dərya kənarıdır.
Qan etmə, saqi, bağrımızı, badə tez gətir,Doldur qədəhləri, gecəmiz keçdi, yarıdır.
Hər kim deyirsə, sevmə bu rəna gözəlləri,Bilmir ki, sevgi aləmi biixtiyarıdır.
Bir gün gələr ki, mən gedərəm, xəlq söyləyər:– Biçarə Vahidin bu qəzəl yadigarıdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-bilmem-bu-nazenin-kimin-istekli-yaridir
Use ← → keys to move, R for a random poem
More by this author
Aləm deyir, istəklin əcəb nazlı mələkdir,Hər şivəsi min hiylədir, hər nazı kələkdir.
Hər aşiqə öz istədyi yarı gözəldirHər aşiqə öz istədyi yarı gözəldir,Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.
Könlüm sənə pabəstədir, ey şux, bir ildirKönlüm sənə pabəstədir, ey şux, bir ildir,Nə öldürür eşqin məni axır, nə dirildir.
Xəmidə qaşların fikrilə, ey məh, qamətim xəmdirXəmidə qaşların fikrilə, ey məh, qamətim xəmdir,Mənə əbrulərin mehrabi-məsciddən müqəddəmdir.
Poems by other poets · Love
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb tabanƏcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.
MəndənBaşına döndüyüm, ey nazlı dilbər,Gəlirmi guşuna sədalar məndən