Könlüm sənə pabəstədir, ey şux, bir ildir
Könlüm sənə pabəstədir, ey şux, bir ildir,Nə öldürür eşqin məni axır, nə dirildir.
Aşiqlrini qəsdin əgər məhv eləməksə,Mən hazıram, əvvəl mənə məqsudunu bildir.
Meylim sənədir, bir sənə aləmdə əsirəm,İstər isən azad elə, istər məni öldür.
Kəc baxma, bütün xəlq dəyər bir-birə, zalim!Zülfün girəhin açma ki, qarətgəri-dildir.
Məbhut eləyib aləmi ayineyi-ruyin;Nə şəkli-şəmayildi, bu nə hüsnü cəmildir!
Rüxsarına ol xali-siyəhdirmi düzülmüş,Ya bərgi-gül üstə düzülən daneyi-hildir?
Vahid, demə kim, yar ilə şirindi mey içmək,Zəhr olsun o işrət ki, həkimanə deyildir!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-konlum-sene-pabestedir-ey-sux-bir-ildir
Use ← → keys to move, R for a random poem
More by this author
Könlüm kimi, o zülfə yenə şanə bağlanıb,Can riştəsi o zülfi-pərişanə bağlanıb.
Firqətindən, ey ləbi qönçə, bu bağrım qan olubFirqətindən, ey ləbi qönçə, bu bağrım qan olub,Adətim bülbül kimi şamü səhər əfğan olub.
Sünbülü gül öylə kim, zülfü rüxünlə xu tutubSünbülü gül öylə kim, zülfü rüxünlə xu tutub,Gül üzündən ətr alıb, sünbül saçından bu tutub.
Qəmli könlüm yenə şad oldu, ruxi-yarı görübQəmli könlüm yenə şad oldu, ruxi-yarı görüb,Arizində o məhin türreyi-tərrarı görüb.
Poems by other poets · Love
Firqətindən ey dilbəra,Təngə yetib, cana gəldim.
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
Nəqa nə mindiİbtida xəlq oldu külli-kainat,İnsan nəqa mindi, nəqa nə mindi?
Sirri-eşqi demək olseydi, nihan etməz idimSirri-eşqi demək olseydi, nihan etməz idim,Dəxi gizlin bu qədər ahu fəğan etməz idim.