Qəmli könlüm yenə şad oldu, ruxi-yarı görüb,Arizində o məhin türreyi-tərrarı görüb.

Zülfi-purçinini gördükdə könül qıldı fəqan,Çəmən içrə, sanasan, mürğ o şəhmarı görüb.

Şəmi-ruxsarını dövr eylədi pərvaneyi-dil,Yandırar özünü pərvanə necə narı görüb.

Bülbülün naləsi dünyanı tutar gülşəndə,Hər zaman xar ilə həmdəm güli-bixarı görüb.

Daim əğyar ilə həmdəm olur ol simbədən,Zülfi-bihədd qılır, hərdəm məni-zarı görüb.

Şövq ilə qıldı həvəs ləli-ləbi-dilbərimə,Tutivəş mürği-dil ol ləli-şəkərbarı görüb.

Adət etmiş özünə ağlamağı Vahidi-zar,Çünki yar ilə o gündən kim o əğyarı görüb.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love