“Könlüm yenə cananın əlindən gilə eylər”,Bülbül nə cəfa çəksə, şikayət gülə eylər.

Fəxr eylər idim vəslinə, hicranına yandım,Tale, nə bilim ki, məni axır belə eylər?!

Zalim fələkin gərdişi atəşlərə yansın!Əvvəlcə nə cövr eyləsə əhli-dilə eylər.

Divanəsiyəm bir üzü göycək, qara xalın,Zülfün mənə zəncir kimi silsilə eylər.

Bilsən sənə, ey gül, nə qədər aşiq olan var,Təqribən əgər saysan, o min qafilə eylər,

Gər badi-səba zülfünə yol tapsa o şuxun,Min tənə çəmənlərdə gedib sünbülə eylər.

Vahid, yenə mən hüsnünə heyranəm o mahin,Rəhm eylə, desəm, cövr eləmə, o, hələ eylər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love