Canandı, bir də mən, gecə on bir tamam idi,Gizli deyib danışmağa əsli məqam idi.

Süzgün baxışla könlüm evin qarət eylədi,Mahirdi fənni-sehrdə, zənn etmə xam idi.

Şövqi-ləbi nigar ilə bihuş, məst idim,Bir də şəraba meyl eləsəydim, həram idi.

Eşq ilə sübhü şamımı sərxoş keçirmişəm,Sübhüm də onda sübh idi, şamım o şam idi!

Hicran günündə naləmi bir kimsə bilmədi,Yarın bu töhfəsi mənə bir ehtiram idi.

Hər bir suala yar cavabında müntəzir,Heyran olurdum eylə ki, şirin kəlam idi.

Əvvəl mənimlə yar idi, sonra rəqib ilə,Vahid, düşünmədim, bu nə həqqü səlam idi?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love