Bu bəzmi-işrətə, saqi, piyalə gec gəldi,Gözün fədası, bizi sal xəyalə, gec gəldi.

Tutubdu qəm ürəyim, ver piyalə peydərpeyKi, nəfi-zövq verə bu məlalə, gec gəldi.

Yetir məni xüm ayağinə, tut əlim, saqi!Xilasi-həsrət olum laməhalə, gec gəldi.

Bu ahü naləmi sanma əbəs ki, qorxum odur,Yetər sənə mən edən ahü nalə, gec gəldi.

Qaşın xəyalına düşdükcə, ey kamanəbru!Qəddim misal dönübdür hilalə, gec gəldi.

Günüm qaraldı mənim, badə tez gətir, saqi!Ki, az qalıb yetə ömrüm zəvalə, gec gəldi.

Mürüvvət aləmidir, Vahidəm fərağında,Yetir ümid əlimi bir vüsalə, gec gəldi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation