Zülfün niyə bir an, gözəlim, şanəsiz olmaz?
Zülfün niyə bir an, gözəlim, şanəsiz olmaz?Adət belədir, eşq evi biganəsiz olmaz!
Tən eyləmə, zülfündən uzaqlaşmasa könlüm,Bir yerdə ki zəncir ola, divanəsiz olmaz!
Qəmdən yanaram, ruyini göstərmə rəqibə,Bir şəm ki, şövq artıra, pərvanəsiz olmaz!
Məxmur gözün qoymadı bir könlümü rahət,Bir dəm bu sitəm xanəsi məstanəsiz olmaz!
Sən şövqi-ləbi-yar ilə iç badə içəndə,Kimdir deyə, mey məclisi peymanəsiz olmaz?!
Bir dilbərin eşqində bütün dillərə düşdüm,Həngamədir eşq aləmi, əfsanəsiz olmaz!
Vahid mey içir gizli, deyirlərdi, eşitdim,O, rindi-xərabatıdı, meyxanəsiz olmaz!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-zulfun-niye-bir-an-gozelim-sanesiz-olmaz
Use ← → keys to move, R for a random poem
More by this author
Zülfün götür üzdən dedim, ol məh şəkə düşdü,Ayinə kimi könlünə, gördüm, ləkə düşdü.
Qıldın əsir türryei-tərrarə könlümüQıldın əsir türryei-tərrarə könlümü,Zəncirə bağladın bu günü qarə könlümü.
Hər aşiqin ki möhnəti var, ağlar, ağlamaz?!Hər aşiqin ki möhnəti var, ağlar, ağlamaz?!Vəsli-nigara həsrəti var, ağlar, ağlamaz?!
Daim bu gözəllik o cəfapişədə qalmazDaim bu gözəllik o cəfapişədə qalmaz,Tünd olsa, axar qanı meyin – şişədə qalmaz.
Poems by other poets · Love
Gel, ey dili-bimarimə olan təbib, ölürəm,Vüsali-bəzmi mənə olmayan nəsib, ölürəm.
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş
ای دل هوس وصل بتان تا کی و تا چنداین ناله و فریاد و فغان تا کی و تا چند
Mən istərəm bu meydanda nər indiAy ağalar, gəlim sizə söyləyim,Mən istərəm bu meydanda nər indi.