Daim bu gözəllik o cəfapişədə qalmaz,Tünd olsa, axar qanı meyin – şişədə qalmaz.

Şirin sözün ol lalərüxün gər görə Fərhad,Dağı çalar öz başına, bir tişə də qalmaz.

Bir zərrə əgər mehrini görsəydim o mahın,Ölsəm də, nə qəm, ruhum o əndişədə qalmaz.

Müjganları qanlar içər ol mərdümi-çeşmin,Kim der ki, əsər bərgə yetər, rişədə qalmaz?

Vahid, bu gözəldir ki, deyib Gəncəli Şövqi:“Gül qönçədə, söz qəlbdə, mey şişədə qalmaz”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern