Məhəbbətin, gözəlim, baisi-məlalımdır,Qəzayi-ruhumsən, gözlərin qəzalımdır.

Fərəh verir qəmi-hicrin məni-fələkzədəyə,Vəfasız olma, demə: – Talibi-vüsalımdır.

Rəqib qoy mənə tən eyləsin rəqabət ilə,Həmişə səcdəgahimsən, qaşın hilalımdır.

Xəyali-xalın ilə xatirimdə min qəm var,Adın fədası, sübutum sirişki-alımdır.

Nə səndə rəsmi-cəfa tərk olur, nə məndə vəfa,Məhəbbətin həmişə dildə xoş məqalımdır.

Əgər ölsəm də qəmindən o yari-bimehrin,Yenə bu halıma yanmaz, o qədri zalımdır.

Əsir edən məni, Vahid, o nazənin dilbər –Məhəbbətim, mələkim, yari-məhcəmalımdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love