Aldı mey camini ol yari-güləndam əlinə,Can fəda saqiyə! Verdi o gülün cam əlinə.

Badə zövqün nə bilir, kim ki, xiridarı deyil,Qoymayın, ləli-giranmayə düşə xam əlinə!

Dəri-meyxanə səfasın niyə zahid bilsin?Vermə cənnət açarın cahili-bədnam əlinə!

Badə tarixini Cəmşidi-Cəm etmiş icadKi, düşübdür bu qədər kafərü islam əlinə.

Rahəti-ruhini şad etmək üçün Xəyyamın,Cam tut ki, necə almış onu Xəyyam əlinə!

Mən də bir cam ilə aram tutardım, saqi!Gər yetişsəydi əlim yari-dilaram əlinə.

Vahid üçün bu şərəf ləzzəti-dünyayə dəyər,Yar ilə alsa əgər badeyi-gülfam əlinə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern