Əgər mən olsam, o geysuyi-müşkitər yerinə,Öpüb, qucub, sarılardım o şuxun hər yerinə.

Şəkər nədir ki, onun həsrətin çəkəm sənsiz,Mənə kifayət edər ləblərin şəkər yerinə.

Qızıl, gümüşsüz hanı məndə öylə tale ki,Qucaqlayaydım o nazik belin kəmər yerinə?!

Könüldə qəmzən oxu – ölmədim, deyirlər bəs,Sağalmaz, hər kimin ox dəysə gər sevər yerinə.

Xəyali-zülfü rüxünlə keçər gecəm-günüzüm,Birisi şamə bərabər, biri səhər yerinə.

Fələk, həqir eləyən kəslərin muradinə yet!Bu mərhəmət, gün olur ki, gəlib düşər yerinə.

O şuxi-məhvəşi tavusa bənzədir könlüm,Üzündə türreyi-müşkini balü pər yerinə.

Cahanda hər kəsin öz qibləgahı, Məkkəsi var,Mənim də qibləm üzün, xalların Həcər yerinə.

Bu sərvboyluların, Vahid, hər qəmin çəkdim,Həmişə göz yaşı verdi mənə səmər yerinə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate