İcazə ver, baxım, ey gül, o qarə gözlərinə,Vurulmuşam, nə edim, aşikarə gözlərinə.

Qəm etmərəm, məni yüz dəfə gündə öldürəsən,Baxanda bir də dirilləm, dübarə, gözlərinə.

Camalın açma, gülüm, qorxuram görüb üzünü,Gün olsun hüsnünə aşiq, sitarə gözlərinə.

Olaydı qismət, öpəydim o nazik əllərini,Ürəkdən eyləmişəm istixarə gözlərinə.

Kəməndi-ah ilə səyyadlar dalınca düşər,Bu naz ilə əgər etsən işarə gözlərinə.

Gözüm götürməyir əğyarlar baxanda sənə,Bir ayrı gözlə edirlər nəzarə gözlərinə.

Şikəstə Vahidə olmaz təbiblərdən əlac,Qalıbdır indi sənin bircə çarə gözlərinə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets