Yan İndi
Könül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indiNəcə ki pərvanə yanar çırağaMən ha yandım səni tutar qan indi
Qanlı yaşım axar müdam didəmdənQəmzələrin keçdi məcruh sinəmdənSən kimi məhvəşdən gözəl sənəmdənƏl götürmən çıxsa əgər can indi
Məcnun təki səhra gəzdim avarəVəsiyyətim budur sən gəl əzadarəQəm çəkməkdən düşdüm dərdə azarəÇarə bulmaz gəlsə yüz Loğman indi
Yar sevib vüsalinə irmədimBağçasının qunçə gülin dərmədimHəsrət qaldım cəmalını görmədimFirqətindən oldu ciyər şan indi
Düşmüşəm sevdadan qalmamış həvəsYavərim olmadı dünyada bir kəsEyd qurban gəldi oldu kəsa kəsSən də bu Bəndəni kəs qurban indi
Kitabxana.az · https://kitabxana.az/en/works/bende-el-sairi-yan-indi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
BuludlarYenə ağ çalmalı Kəpəzin üstdə,Çətir tək durmusuz, qara buludlar,
SənəmNə müddətdi həsrətini çəkirəm,Bircə üzün görüm ay ağa Sənəm!
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədiTa cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.