Mürəbbə: Bir ala gözlünü sevdi könül
Bir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballıGüftarə gəlsə yüz min can eylərBülbül sadə ləbdir tutu məqallı
Əcayib novcavan nihali-nurəstəSürahi gərdən qaməti bəstəQunçələr açılmış al yanaq üstəBiri ay pərtövlidir günəş cəmallı
Gül əndamı var tazə qar kimiVəchinin vəsfi növbahar kimiBənövşə saçları güllü xar kimiÖvsafı bəllidir təmam bu halı
Könül eylər gündə yüz min xəyalıDövr eylər çölləri gəzər həvalıBənd olur görsə ol günəş cəmalıOlmaz qürbət yerdə qərib misallı
Dərdimi dərd bilməzə deməzəm vahiGörmədim hüsnün tək bir günəş mahıAdı gizli özü gözəllər şahıEdübdir Bəndəni yüz min xəyallı
Kitabxana.az · https://kitabxana.az/en/works/bende-el-sairi-murebbe-bir-ala-gozlunu-sevdi-konul
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Səhər səhər əsən yellər,Əsmə, qadasın aldığım.
GördünmüGedən karvan, əylə görüm köçünü,O yollarda Xançobanı gördünmü?
MəndədiƏylən, oğlum, xəbər verim pərli pəkan məndədi,Yüz açar olsa açılmaz, bağlı dükan məndədi,
QayıtdıBir maral baxışlı, tərlan cilvəli,Gəlib məni gördü, güldü, qayıtdı.