Gəraylı: Ey ağalar, bu gözəldən
Ey ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,İqrar vermişdi əzəldən,Mən dönərəm, könül dönməz
Alıcı laçın dövr eylər,Artar yaralar qövr eylər,Hər dəm mənə cövr eylər,Mən dönərəm, könül dönməz
Piyaləni al saqidən,Zülfünü yüzə dağıdan,Dili dost könlü yağıdan,Mən dönərəm, könül dönməz
Mənsur tək asıldım dardan,Qurtarmadım ah ü zardan,Qulu deyir bivəfa yardan,Mən dönərəm, könül dönməz
Kitabxana.az · https://kitabxana.az/en/works/qulu-el-sairi-gerayli-ey-agalar-bu-gozelden