Qılmış ol məhvəş üzünə zülfi-purçinin niqab,Çöhreyi-xurşidi guya göydə basmışdır səhab.

Ey günüzlüm, arizin zülf içrə gər göstərməsən,Mahi-nov bəs nuri hər şəb qandan eylər iktisab.

Ləmə-ləmə nur peydadır üzündə ol məhin,Qətrə-qətrə kim tökər ləli-sədəfdən dürri-nab.

Gün üzünlə qarşı durmaz, göydə xurşidi-fələk,Kim yetər bilmiş zəvalə oldur eylər ictinab.

Gərçi ol qönçə ləbə sordum dəhanin sirrini,Təng qıldı könlümü, ta vermədi bir dəm cavab.

Tökmə qanım, dilbəra, var isə cürmüm əfv qıl,Şahisən nola, peyəmbər xislət ol, eylə səvab.

İstəməz Vahid behiştü kövsərü qılmanü hur,Yar ilə həmbəzm olub, meyxanədə içsə şərab.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love