Səyyar

Göz mərdümi ki, əşk tökər bir gilə sənsiz,Bir tifldir, ağlar, mənə eylər gilə sənsiz.

Vahid

Bilməm, yenə çeşmin nə xəta eyləmiş, ey büt,Min fitnə düşüb məmləkəti-Babilə sənsiz.

Bədri

Bir guşeyi-çeşm ilə dönüb baxmaram, ey gül,Dünyaya gözəllər gələ min qafilə, sənsiz.

Vahid

Zövrəq kimi əmvaci-qəm içrə elə qərqəm,Tufan da çıxarmaz məni bir sahilə sənsiz.

Bədri

Yüz dəfə əgər şəmi-rüxünlə dili-aşiqPərvanə kimi yansa da, gəlməz dilə sənsiz.

Vahid

Şur ilə görüb naləmi eşqində müğənni,Tərk etdi “Nəva” pərdəsini “Zabilə” sənsiz.

Ta görməsəm ol müshəfi-rüxsarini bir də,Min canım ola, vermərəm Əzrailə sənsiz.

Ey lalərüxüm, Bədriyə heyranəm əzəldən,Dözmüş necə hicranına min dağ ilə sənsiz!

Vahid nə demişlər yenə Səyyar ilə Bədri,Bir bilmədim, ol dilbəri-şirindilə sənsiz?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love