Çəkdi səni tale bu gülüstanə, gözəl qız!
Çəkdi səni tale bu gülüstanə, gözəl qız!Şövq ilə yanaş bülbüli-nalanə, gözəl qız!
Sən şəminə öz sevgili pərvanəni yandır,Batsın həsədindən qəmə biganə, gözəl qız!
Öz qaynatanı, qaynananı dindir ədəblə,Düşsün bu gözəl şöhrətin hər yanə, gözəl qız!
Artsın şərəfin cümlə qohum-qonşu yanında,İş gör ki, ola layiq o insanə, gözəl qız!
Biz oğlumuzu tapşırırıq bir sənə yalnız,Ancaq səni də sevdiyin oğlanə, gözəl qız!
Namusla, şərəflə yetirin siz başa ömrü,Mərd ailə vurmaz ləkə vicdanə, gözəl qız!
Qiymətli qəzəldir, bunu Vahid sənə yazmış,Sənsən sədəfi-ismətə dürdanə, gözəl qız!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-cekdi-seni-tale-bu-gulustane-gozel-qiz
Use ← → keys to move, R for a random poem
More by this author
Çöhrəndə ölüm kölgəsi var, ey qarı düşmən,Xalq ordusu çoxdan qazımışdır sənə mədfən.
Gül incədirsə, sən, gözəlim, güldən incəsənGül incədirsə, sən, gözəlim, güldən incəsən,İncə nəzakətin qədər incə düşüncəsən.
Əhd qıldın, gözəlim, könlümü xəndan edəsənƏhd qıldın, gözəlim, könlümü xəndan edəsən,Lalətək bağrını biganələrin qan edəsən.
Razıyam, sevgilim, hər gün mənə min naz edəsənRazıyam, sevgilim, hər gün mənə min naz edəsən,Özgələrtək məni də lütflə dəmsaz edəsən.
Poems by other poets · Love
Ölməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Qəzəl: Cahani-bivəfada bir vəfalı yarım olsaydıCahani-bivəfada bir vəfalı yarım olsaydı,Cahanda qəm yeməzdim gər cahan əğyarım olsaydı
ŞikəstəQalmışam pərvanə tək,Odlanə-odlanə mən.
Sər indiYarın oylağının sehrinə vardım,Yar gedib yaylağa, aya, sərindi.