Çöhrəndə ölüm kölgəsi var, ey qarı düşmən
Çöhrəndə ölüm kölgəsi var, ey qarı düşmən,Xalq ordusu çoxdan qazımışdır sənə mədfən.
Matəm bürüyüb dövrəni, ətrafına bir bax,Berlində salıbsan analar qəlbinə şivən.
Qırdırma nemes xalqını haqsız yerə, zalım,Bir gün gələcək, qorx o cəza məhkəməsindən.
Öz tankına, təyyarənə boş-boş havalanma,Girdabə sürüklər gəmini çox kərə yelkən.
Dağlar kimi sədd olsa da düşmən bizə qarşı,Bir anda qoparrıq onu, aləm deyər əhsən.
El hümməti, el qüdrəti vardır qolumuzda,Bir gün alarıq biz bu qisası yenə səndən.
Çox zülm eləyən zalımı yıxmış Qızıl Ordu,Döymə döşünə, çox demə; dünyada mənəm, mən!
Kəlləndə sovet bombaları partlayacaqdır,Təxtində də fırlandırarıq odlu dəyirmən.
Tarixi unutma, qocaman Moskvadır bu!Onlarca Napolyon döyülüb qaçdı bu yerdən.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-cohrende-olum-kolgesi-var-ey-qari-dusmen
Use ← → keys to move, R for a random poem
More by this author
Sevgilim, bir bilmədin, sənsiz nə möhnət çəkmişəm.Bivücud əğyarlərdən çox əziyyət çəkmişəm.
Könlümü zülfün xəyaliylə pərişan etmişəmKönlümü zülfün xəyaliylə pərişan etmişəm,Öz əlimlə eşq mülkün gör nə viran etmişəm!
Sevdayi-zülfi-yarə o gündən ki, düşmüşəmSevdayi-zülfi-yarə o gündən ki, düşmüşəm,Guya ki, dami-qəflətə möhkəm ilişmişəm.
Xaki-payinə o mahın dün səhərdən düşmüşəmXaki-payinə o mahın dün səhərdən düşmüşəm,Zərrə mehr etməz mənə, guya nəzərdən düşmüşəm.
Poems by other poets · Homeland
Deyibsiz yə’ni gəlləm gəldi bir belə xəbər, Vaqif,Xilaf idi bu sözlər bəs, peşimanmı məgər Vaqif?
ای آفتاب روی ترا ماه مشتریجانش مباد، هرکه کند از تو دل بری
Şeyx Səfi məqbərəsiQədim Ərdəbilin sinəsi üstdə,Günbəzi qızılı bir məqbərə var.
YaşadımSadiqlikdi, səxavətdi sənətim,Gur məclisdə, ağır eldə yaşadım.