Gül incədirsə, sən, gözəlim, güldən incəsən
Gül incədirsə, sən, gözəlim, güldən incəsən,İncə nəzakətin qədər incə düşüncəsən.
Hər oynadanda xəm qaşını, qan olur könül,Sanki bu fikrilə əl atırsan qılınca sən.
Zalim, həmişə könlümü incitdi firqətin,Ömrümdə qoymadın məni bir ləhzə dincə sən.
Ayinələr xəcalət olur görcək əksini,Naz ilə şanə zülfünə hərdən çəkincə sən.
Gözdən kənara getmə, bu dərd öldürər məni,Bilməm, nə növ səbr edə billəm gəlincə sən?
Qəm guşəsində əyri qaşın qiblədir mənə,Ey eşq tanrısı, məni əydirmə küncə sən.
Vahid, uzatma məsələni, ömrdən gedir,Ol qarə zülfə dərdini bir yol deyincə sən.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-gul-incedirse-sen-gozelim-gulden-incesen
Use ← → keys to move, R for a random poem
More by this author
Bir yerdə ki, hala ucalırkən bəşəriyyət,Vəhşiliyi pamal eləyirkən mədəniyyət,
ZərbəçilərBu gün fitlər gün doğmadan səsləndi,Dəniz coşa gəldi, göllər tərpəndi.
ÖlkəmizinSalıbdır aləmə şöhrət səfası ölkəmizin,Gözəlləşir günü-gündən binası ölkəmizin.
SabirəSabir! Ey möhtərəm böyük şair!Şerdə, nəzm, nəsrdə mahir.
Poems by other poets · Love
Könlüm xoş olur ol büti-zibayə baxanda,Vəcd eylərəm ol zülfi-səmənsaya baxanda.
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Olmusan can verməyə amadə, xoş gəldin, oğulOlmusan can verməyə amadə, xoş gəldin, oğul,Get boyun qurbanı, ey şəhzadə, xoş gəldin, oğul.
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.