Sabir! Ey möhtərəm böyük şair!Şerdə, nəzm, nəsrdə mahir.Yazdığın dahiyanə məzhəkələrGöstərir xalq içində möcüzələr.Bəllidir məncə hər kəsə hünərin,Oxunur hər bir ölkədə əsərin,Əgər ölsən də, qəm deyil, ziraEtdiyin fikri xalq edir icra.Dad edərdin həmişə: “Hürriyyət!”O əsarətdə gördüyün millətİndi azadə ömr edir, xürrəm,Bitdi məzlumu ağladan matəm...Bəy, xanın qalmamışdır asarı,Onları məhv qıldıq elçarı.Kəndlinin öz əlindədir torpaq,Hamının keyfi kök, damağı da çağ.İşləyirlər həvəslə kolxozda,Hamı rahətdi qışda, həm yazda.Mollalar söndülər bütün-bütünə,Onda dönmüşdülər çoban itinə.Əridi yağla bəslənən qarnı,Bir təpik gördü zalımın karını.Bəzən az-maz görünsə də arabir,Müztərib halda qorxusundan əsir.Bizi gördükdə quyruğun bulayır,Qurd kimi şöngəyib, durub ulayır.İndi bir dərbədər uşaq yoxdur,Onların zəhmətin çəkən çoxdur.Naxələf bilmə yüksələn elini,Qurdular hər tərəfdə heykəlini.Bir də sızlarmı qəlbi-məcruhun?Bizi, əlbəttə, seyr edir ruhun.Bu təfaxir sənə kifayətdir,Millətin istəyincə rahətdir.Öldün, əfsuslar ki, bihörmət,Vermədi, varlılar sənə qiymət.Gər olaydın Sovet zamanında,Şərəfin çoxdu kütlə yanında.Sənə qiymət qoyardı cəmiyyət,Yaşayardın həmişə biminnət.Necə şairlər indi xoş güzəranKeçirirlər günəş kimi xəndan.Bu bizimçin böyük səadətdr,Şanlı, tarixi bir şərafətdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland