Məktəb demək insanlar üçün xaneyi-ibrət,Məktəbdir edən növi-bəşər ruhunu rahət.Məktəbdir işıqlandıran afaqı sərasər,Məktəblə fəqət parələnir pərdeyi-zülmət.Məktəb əgər olmazsa bu dünya üzərində,Məhv eyləyər insanları bilmərrə cəhalət.Şənü şərəf insanlara məktəblədir ancaq,Məktəbsiz olan kimsədə zənn etmə ləyaqət!Cahilləri məktəbdir edən mərdi-xirədmənd,Vəhşiləri məktəbdir edən vaqifi-hikmət.Məktəblə bilər xalq nədir xilqəti-aləm,Məktəbdir olan kaşifi-əsrari-təbiət.Məktəbdir edən zülmdən insanları azad,Məktəblə olur məqsədə nail bəşəriyyət.İnsan, bəli, məktəblə olur hər işə dara,Məktəblə tapar xəlqi-cahan rahi-həqiqət.Məktəblə fəqət göstərir övladi-zəmanəTarixdə, həm elmdə, sənətdə məharət.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice