Çıx, ey qaniçən yırtıcı, çıx torpağımızdan!
Çıx, ey qaniçən yırtıcı, çıx torpağımızdan!Xain gözünü çək dərəmizdən, dağımızdan!
Qartal kimi qonnuq döşünə, qorx o günündən:Qurtarmaz o murdar cəsədin caynağımızdan.
Biz hiyləyə aldanmarıq, ey tülküdən alçaq,Burnun bu yaxında əzilər toxmağımızdan.
Bir bomba kimi partlayacaqdır ürəyində,Hər xırda qığılcım ki, qopur çaxmağımızdan.
Qəsb eylədiyin yerləri tez qaytararıq biz,Boş yel kimi çox keçmə bizim sol-sağımızdan.
Xalq ordusu bir dağ kimi durmuş sənə qarşı,Seltək axacaqdır qanınız qurşağınızdan.
Çox çəkməyəcək, məhv olacaq zülmü faşizmin,Dünya çıxacaq xoş günə al bayrağımızdan!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-cix-ey-qanicen-yirtici-cix-torpagimizdan
Use ← → keys to move, R for a random poem
More by this author
Sən olmasan, gözəlim, gülüstanə baxmaz idim,Çəmən çiçəklərinə aşiqanə baxmaz idim.
Səni mən, ey büti-məhru, özümə aşina derdimSəni mən, ey büti-məhru, özümə aşina derdim,Xəyali-xam edib, cana, səni əhli-vəfa derdim.
Verməzdim əgər könlümü ol yarə, biləydimVerməzdim əgər könlümü ol yarə, biləydim,Yar olmayacaqmış məni-naçarə, biləydim.
Sənin gözəlliyinin mübtəlasıyam, gözəlim!Sənin gözəlliyinin mübtəlasıyam, gözəlim!O qarə gözlərinin can fədasıyam, gözəlim!
Poems by other poets · Homeland
Mil düzü, Mil düzü, geniş Mil düzü!Eşit ürəyimdən gələn bu sözü.
Ağlama, Sevdam, ağlamaAlim, yazıçı Mirzə İbrahimovun ölümünə*ağlayan qızı bəstəkar Sevda xanıma*
BilməsəydiDövran edərdi dövrün, rəftar bilməsəydi,Gündə günah edərdim, qəhhar bilməsəydi.
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin