Verməzdim əgər könlümü ol yarə, biləydim,Yar olmayacaqmış məni-naçarə, biləydim.

Eşqində vətən tərkini etməzdim o mahın,Qürbətdə günüm eyləyəcək qarə, biləydim.

Vəslində yenə dərdimə bir çarə tapardım,Hicrində mənə olmayacaq çarə, biləydim.

Hərgiz bu qara günlərə düşməzdim, əzəldənBimehr imiş ol dilbəri-məhparə, biləydim.

Vahid, yəqin ölməzdim, o bimehr nigarınHicrindən əgər canımı qurtarə biləydim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love