Sənin gözəlliyinin mübtəlasıyam, gözəlim!O qarə gözlərinin can fədasıyam, gözəlim!

Mənim bu naləmin hər bir könüldə var əsəri.Şikəstə ney kimi ruhun qəzasıyam, gözəlim!

Kəməndi-zülfüvə məntək əsir olan çoxdur,Hamıdan acizi, bəxti qərasıyam, gözəlim!

Bəlalı aşiqinəm, baxma qeyrilər sözünə,Məhəbbət aləminin binəvasıyam, gözəlim!

Elə nə zülm varındır, əgər dilim yansın,Desəm, cəfalarının narizasıyam, gözəlim!

Yolunda müntəzirəm, can verim görəndə üzün,Cəfa çəkənlərin əhli-vəfasıyam, gözəlim!

Əgərçi, Vahidəm, əğyarə baş əyən deyiləm,Fəqət sənin səri-kuyin gədasıyam, gözəlim!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love