Xublar söhbəti üşşaqə cəfamış, nə bilim!Ülfət etmək bu gözəllərlə xətamış, nə bilim!

Günümü tirə qılıb mahiliqalər sitəmi,Kövkəbi-bəxtim əzəl gündən qəramış, nə bilim!

Qövli-zahidlə qılıb tərki-meyü meyxanə,Meydə dil nəşəsi, məsciddə nəvamış, nə bilim!

Sandım ol şuxi vəfa əhli, cəfa qıldı mənə,Xublar adəti üşşaqə cəfamış, nə bilim!

Könlümün mülkünə qıldım o pəri çöhrəni şah,Vahid, ol şux gəda oğlu gədamış, nə bilim?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love