Bir gül eşqində könül qan olacaqmış, nə bilim!Bülbülasa imiş əfqan olacaqmış, nə bilim!

Vəslini sevməz idim, hicr qəmin bilsə idim,Qismətim axırı hicran olacaqmış, nə bilim!

Bu qədər eşq oduna yanmaz idim aləmdə,Ciyərim hicrlə suzan olacaqmış, nə bilim!

Xaneyi-könlümü yıxdın bu sitəm daşı ilə,Mülki-dil bir belə viran olacaqmış, nə bilim!

Yar nəzr etmiş idi, busə verib, canım ala,O cəfapişə peşiman olacaqmış, nə bilim!

Könlümü xalinə bənd etdi zənəxdan içrə,Yusifim bəstəyi-zindan olacaqmış, nə bilim!

Vahid, ol mahi-ruxun zülfünə dil verməzdim,Xatirim böylə pərişan olacaqmış, nə bilim!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love