Vurma o qarə tellərinə şanə, sevgilim,Etmə məni bəlakeşi-divanə, sevgilim.

Yandırdı həsrətin məni, göstər cəmalını,Könlüm olub o atəşə pərvanə, sevgilim.

Bir dəfə eylədimsə təmənnayi-vəslini,Yüz dəfə yandım atəşi-hicranə, sevgilim.

Gəzmə rəqib ilə, məni qeyrət həlak edər,Salma bəlalı aşiqini qanə, sevgilim.

Göstərmə qarə xalını, könlüm fəğan elər,Quş dən görəndə tez gəlir əfqanə, sevgilim.

Min Leyli görsə hüsnünü Məcnun olub, səninEşqində üz tutardı biyabanə, sevgilim.

İnsafı olsa, çərx bu biçarə Vahidi,Həsrət qoyarmı sən kimi cananə, sevgilim!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love