Könlümü etmiş cəmalın şövqü heyran, sevgilim,Yox bəşərdə sən kimi istəkli canan, sevgilim.

Hər görəndə gül üzün, doymaz tamaşadan könül,Olmuşam bülbülsifət eşqində nalan, sevgilim.

Mən məhəbbət mülkünün Məcnunu, sən Leylasısan,Dərs ala bizdən gərək eşq əhli hər an, sevgilim.

Eşq dərdindən çətin bir dərd yoxmuş dəhrdə,Çarəsin tapmaz bu dərdin gəlsə Loğman, sevgilim.

Çarə olsaydı, Züleyxadan olardı Yusifə,Eylədi Vahid kimi pabəndi-zindan, sevgilim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love