Yarın səri-kuyində təki məskənim olsun,Cənnət adı çəksəm, mənə tanrı qənim olsun.

Derlər mənə, məşuqun olub qeyr ilə həmdəm,İnsafmı yar özgəsinin, ad mənim olsun?

Hal əhli əgər olsa rəqibim, tutaram dost,Mən istərəm hal əhlini, xud düşmənim olsun.

Mən istəmərəm ləli-ləbi-yardan özgə,Dünyada nə dövlət, nə də bir mədənim olsun.

Sən olmasan, ey gül, mənə hər yerdə xəzandır,Sənsiz nə baharım, nə gülüm, gülşənim olsun.

Var özgə səfası, ola bir guşeyi-xəlvət,Bir tək mən olum, bir də simintənim olsun.

Vahid! Bu təmənnadəyəm, əhd etmişəm, ölsəm,Canan ilə bir yerdə gərək mədfənim olsun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love