Vardır indi, gözəlim, başqa məlahət Bakıda
Vardır indi, gözəlim, başqa məlahət Bakıda,Gəl edək şövq ilə hər yanı səyahət Bakıda.
Gələcək nəslə bu tarixi şərafətdir ki,Görürük özgə səfa, özgə lətafət Bakıda.
Bu gözəl ölkə işıqlandırır hər bir tərəfi,Gülür insan üzünə nuri-səadət Bakıda.
Çıx tamaşaya, xüsusən Xəzərin sahilinə,Baği-cənnət, daha tərifə hə hacət Bakıda.
Get-gedə qalmayacaq köhnə binalardan əsər,Tikili, gör, yeni minlərcə imarət Bakıda.
Hansı bir sahə olursa, vətən oğlanlarının,Borcudur, göstərə hər işdə məharət Bakıda.
Əsrlərdir, qocaman Qız qalası qalmışdır,Göstərir xalqa vüqar ilə iqamət Bakıda.
Bakıdır yurdumuzun mərkəzi, Şərqin qapısı,Haqlıdır, xalqımız eylərsə fəxarət Bakıda.
Daha bundan belə öz ölkəmizin məhsuliEdəcək xəlqə məramınca kifayət Bakıda.
Sülhə doğru nə çətinlik, nə fəlakət var isə,Onu dəf etməyə var bizdə cəsarət Bakıda.
O gün olsun ki, bütün düşmənimiz xar olsun,Eyləyək şadlıq ilə gündə ziyafət Bakıda.
Vahidəm, mən də bu yurdun, bu elin şairiyəm,Artırır zövqümü artdıqca təravət Bakıda.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-vardir-indi-gozelim-basqa-melahet-bakida
Use ← → keys to move, R for a random poem
More by this author
Aşiqsən, ey könül, qəmi-cananə, səbr qıl,Bir bax cəfayi-gərdişi-dövranə, səbr qıl.
Uyma hər zülfü qara, sevgili cananə, könülUyma hər zülfü qara, sevgili cananə, könül,Bu vəfasızlar edərlər səni divanə, könül.
Səbr qıl qürbət əra möhnətü hicranə, könülSəbr qıl qürbət əra möhnətü hicranə, könül,Bir də müşkül yetə əl daməni-cananə, könül.
Niyə bağlanmısan ol zülfi-pərişanə, könül?Niyə bağlanmısan ol zülfi-pərişanə, könül?Qaç o zəncirdən, eylər səni divanə, könül.