Yanında dilbərimin etibarım olmasa da
Yanında dilbərimin etibarım olmasa da,Yenə qəmin çəkərəm, qəmküsarım olmasa da.
Bədəndə yarı canım qalmayıb, gedib yarım,Gərək dözəm qəmi-hicranə, yarım olmasa da.
Günüm ki, tar olub o zülf əlindən, ey tari,Tərənnüm eylə, səni tari, tarım olmasa da.
Üzün xəyali bəsimdir behişti-kuyində,Yüz il xəyalıma gəlməz, baharım olmasa da.
Ləbinlə məst gözün hər düşəndə xatirimə,Şərabə rəğbətim artır, xumarım olmasa da.
Mənim bir ahim ilə şəmlər yanır gecələr,Toxunma, şöleyi-eşqəm, şərarım olmasa da.
Kəməndi-zülfilə, Vahid, özüm şikar oldum,Mənim o ahu baxışlı şikarım olmasa da.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-yaninda-dilberimin-etibarim-olmasa-da
Use ← → keys to move, R for a random poem
More by this author
Söylə, ey gül, hansı bağın sən güli-rənasısan?Hansı gülzari-behiştin sərvisən, tubasısan?
Sevgilim! Seyri-gülüstan yaxşıdr, sən yaxşısan?Sevgilim! Seyri-gülüstan yaxşıdr, sən yaxşısan?Aşiqinçün başqa canan yaxşıdır, sən yaxşısan?
Bilsən, gözəlim, sən nə qədər sevgili cansan!Bilsən, gözəlim, sən nə qədər sevgili cansan!Zülm eyləmə, qoy söyləməsinlər, can alansan.
Ey qönçədəhən, naz eləmə, evmi yıxarsan!Ey qönçədəhən, naz eləmə, evmi yıxarsan!Əndami-lətifin günə vermə, soluxarsan.
Poems by other poets · Love
Bir namə yazmışdı gözlər şahı,Gəldi mən tək mübtəlayə yetişdi,
Yar oldunBaşına döndüyüm xubların şahı,Bir di görüm indi kimə yar oldun,
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Bir tuluq“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**