Sevgilim! Seyri-gülüstan yaxşıdr, sən yaxşısan?Aşiqinçün başqa canan yaxşıdır, sən yaxşısan?

Min mənimtək aşiqi heyrətdə qoymuş gözlərin,Sevgilim, bir söylə ceyran yaxşıdır, sən yaxşısan?

Bir dönüb baxmaqla tez aldın, apardın könlümü,Ovlayıb çalmaqda tərlan yaxşıdır, sən yaxşısan?

Göy üzünü ay rövşən etmiş, hüsn ilə sən yer üzün,Nazəninim, mahi-taban yaxşıdır, sən yaxşısan?

Sən kimi canan üçün candan keçən bir aşiqə,Ey gözəllik tanrısı, can yaxşıdır, sən yaxşısan?

Səndə varkən naz ilə gülmək, danışmaq, incəlik,Lütfdə gül bərgi-xəndan yaxşıdır, sən yaxşısan?

Məclisin xəlvət, nigarın saqi, Vahid, əldə mey;Gör bu xoş aləmdə sultan yaxşıdır, sən yaxşısan?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love