Ey qönçədəhən, naz eləmə, evmi yıxarsan!Əndami-lətifin günə vermə, soluxarsan.

Cövr etmək ilə aşiqi-bikəslərə, zalim,Fikr eyləmə ki, axiri bir yanə çıxarsan!

Qoyma, gülüm, əğyarı ola vəslinə məhrəm,Nazikdir o incə bədənin, tez sınıxarsan.

Bir yol bizim ətrafə də hərlən, güzər eylə,Yalqız, gözəlim, evdə oturma, darıxarsan.

Qan oldumu, ol gül üzünü istədim öpmək?Nazikdi dedin, qəlbimi incitmə, sıxarsan.

Vahid, düşün, öz qədrini, çox olma meyalud,Axır rəhi-meyxanədə bir gün buyuxarsan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets