Ey qorçubaşı, ey sitəm əhlinə pişva,Şahın qulu olan sözinə bipir gərək.

Fərmani-şahdur, versən alduğun geri,Fərmanə baxmadun, sənə mövtdən həzər gərək.

Hökmə qulaq asmadınü baxmadun daği,Ərbab zülmü cövrini kurü kər gərək.

Mən şamlu fəqiriyəm, sən qəcər bəgi,Sən əhli-şərsənü sana bir əhli-şər gərək.

Abbas şah hökminə endürmədün boyun,Boynu yoğunlusan, sana tiğü təbər gərək.

Maqta — the closing couplet bearing the poet’s pen name. Şahdan səninçün alayım bir qəcər dağı,Bildüm yəqin ki, kuni-xərə kiri-xər gərək.

Random poem

More by this author

Poems by other poets · Praise