Rəhi-eşq içrə mənzurum mənim ol tacdarımdır
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Rəhi-eşq içrə mənzurum mənim ol tacdarımdır,Könül mülkündə sultanım, xücəstə şəhriyarımdır.
Əgərçi guşeyi-qəmdə şikəstəxatirəm, lakinSəri-kuyində dövr edən xəyali-biqərarımdır.
Kəməndi-eşqinə bağlı gedib könlüm, inanmazsan,Yoluna göz dikən şahid dü çeşmi-əşkbarımdır.
Şikənci-zülfdən könlüm mütəvvəl arizu eylərSəri-zülfün kimi bərhəm pərişan ruzigarımdır.
Sənin əğyar ilə könlün əgərçi şadü xurrəmdir,Həmişə naləvü əfğan mənim də şüğlü karımdır.
Sənin gər var isə bu qaməti-mövzun, ruxi-gülgun,Mənim də dövlətü cahım bu eşqi-paydarımdır.
Maqta — the closing couplet bearing the poet’s pen name. Kəminə bivəfa görsə səni, vallahı incinməz,Səni məndən iraq edən bu bəxti-kəcmədarımdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/kemine-rehi-esq-icre-menzurum-menim-ol-tacdarimdir
Use ← → keys to move, R for a random poem
More by this author
Ey gözüm, Əhmədə bax, gör. nə qəşəng oğlandır,Qəmi-hicrində onun qəmli könül virandır.
Əcəb sevdadı bu, sevdayə düşdümƏcəb sevdadı bu, sevdayə düşdüm,Rəhi-eşqin tutub qovğayə düşdüm.
Əlbəttə dili-şadə deyil kimsə qərinəƏlbəttə dili-şadə deyil kimsə qərinə,Həmta ola bilməz ona biçarə Kəminə.
Ənbərin buyu əgər dolmuş o geysulərdəƏnbərin buyu əgər dolmuş o geysulərdə,Belə xoş buy dəxi olmaz o xoşbulərdə.
Poems by other poets · Love
با خیال تو حضوریست که نتوان گفتن
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
VətənKönlümün sevgili məhbubu mənim,Vətənimdir, vətənimdir, vətənim.
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,