Ənbərin buyu əgər dolmuş o geysulərdə,Belə xoş buy dəxi olmaz o xoşbulərdə.

Gər deyəm muşk, o, ahuyi-Xutəndə tapılur,Etmişəm bəlkə xəta, yox o iy ahulərdə.

Tərbiyə etmiş onu, bəlkə, mələk, ya ki, pəri,Var güman: gozdə olur cunki o cadulər də.

Zülfi-müşkinin alıb dövri-ruxun halə sifət,Belə bir halət olur cümlə o məhrulərdə.

Bənd olub zulfə dəxi qaşu goz ilə xalə,Bilməzəm ondadımı könlü və ya bulərdə?!

Gözümü kəsmənəm ol gözdən oluncə, bəlkə,Dili-gumgəştəni cün tapdım o yarğulərdə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bivəfadə nə məhəbbət, nə dəyanət, nə vəfa?!Ey Kəminə, tapılur bəlkə də dilculərdə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love