— Əhməd Paşa:Ana halal ilə südün əmmişəmYad eləyüb bir tərlanə gedirəmGecə gündüz kəsüb səbr-ü-qərarımHakim deyib o Loğmana gedirəm

— Anası:Dərdin mənə de gəl, ey canım oğulMən də bilim hansı kana gedirsənNə ətrafdan aldı cismin yarələrTəbib deyim, nə dərmana gedirsən

— Əhməd Paşa:Bir oynağan qaşlı, bir ay qabaqlıBir pustə dəhanlı, nəsrin buxaqlıBir mirvari dişli, qaymaq dodaqlıHur və pəri, o qılmana gedirəm

— Anası:Vallah, oğul, sənsiz qala bilmənəmAğlamaqdan qeyri nalə bilmənəmNədəndir oğradın hala bilmənəmSöylə görüm, sən nə yana gedirsən

— Əhməd Paşa:Mən şaham, şah oğlu, adımdır ƏhmədNazlı yar yolunda çəkrəm zəhmət

İsmi Cəvahirdir, özü səltənətŞəhrin bilüb Al Osmana gedirəm

— Anası:Məlik Məhəmməd ki gələr səfərdənBaşın alıb itər vallah bu yerdənHaqq saxlasın səni xövf-ü-xətərdənQəsd edibsən şirin cana gedirsən

— Əhməd Paşa:Başına döndüyüm, ey mələk zadəTəklif etmə, nazlı yarım var mənimHicran xəstəsiyəm, yüzün görməyəİllər ilən ah-ü-zarım var mənim

— Qız:Çox danışma, oğlan, həddin tanıBu məkanda bir divanım var mənimGətirdim axundı, alqılan məniŞəkərdən də şirin canım var mənim

— Əhməd Paşa:Dərdim çoxdur, kimə gedim dərmanaBu könlümdə olma sitəmkar mənəÖzü birdir, adı min bir kimsənəİrişəsən, intizarım var mənim

— Qız:Nə hərzə söylərsən, ey əcəm oğluİllər ilə həbs eylərəm buxovluKəsdirərəm başın, al qolu bağlıGörmürsənmi sərdən kanım var mənim

— Əhməd Paşa:Əhməd Paşa nədir sözün bu haldaGörürsən özünü qovğada qalda

Cəvahir tək canan oldu aradaİnsan deyil, gövhər yarım var mənim

— Qız:Geyibsən əynində al ilə qumaşÇünki olmursan mən ilə sirdaşMəlik xanım olsun qoy sənə qardaşXidmətində cismü-canım var mənim

— Əhməd Paşa:Başına döndüyüm, ay qarı nənəƏgər bilsən o gövhərdən xəbər verNə müddətdir mən divanə olmuşamÇıxdı xanım, o sərvərdən xəbər ver

— Qarı:Xoş gəlübsən, oğlan, səfa gəlübsənSöylə görüm, oğlan, gövhərin kimdirAdı nədir, özü kimin qızıdırSöylə görüm, oğlan, sərvərin kimdir

— Əhməd Paşa:Bir tavar Tərlanə aşiq olmuşamArğavan tək saralubən solmuşamQərib qərib mən bu yerdə qalmışamİntizarım o dilbərdən xəbər ver

— Qarı:Ay bala, dərdinə dərman qılaramƏgər doğru danışsan, mən bilərəmŞah balası olsa da, bil alaramSöylə görüm, oğlan, dilbərin kimdir

— Əhməd Paşa:İsmim xəbər alsan, Əhməd Paşadırİnanmaram sözlərinə, başadır

Şahın qızı qara xallı quşadırAdı bəlli Cəvahirdən xəbər ver

— Qarı:Cəvahir dediyin bizim ellidirŞəkər dəhanlıdır, incə bellidirÖzü şah qızıdır, qara donludurİndi bildim, oğlan, gövhərin kimdir

— Qarı:Nə yatırsan, tilli xanımMüjdə olsun, yarın gəldiNə verirsən, ay sultanımMüjdə olsun, yarın gəldi

— Qız:Nə dir sözün, qarı nənəYar dediyin cavan kimdirAl Osmanı verrəm sənəYar dediyin cavan kimdir

— Qarı:Əhməd Paşa gəlib bizəO qurbandır xumar gözəMən elçi gəlmişəm sizəMüjdə olsun, yarın gəldi

— Qız:Tez ol, nənə, qan eylərəmDideyi-giryan eylərəmCan sənə qurban eylərəmYar dediyin cavan kimdir

— Qarı:Canan deyir bağa girəmTəmam güllərin dərrəm

Yüzüyü nişanə verrəmMüjdə olsun, yarın gəldi

— Qız:Nənə, qurban, nə xəbərdirAğzındakı dər-gövhərdirYarə qurban cəvahirdirYar dediyin cavan kimdir

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love