Gər zülfün ilə beylə ola aşina gözün
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Gər zülfün ilə beylə ola aşina gözün,Axırda başıma gətirər min bəla gözün.
Ey bivəfa, cəhanə gözün saldı fitnələr,Zülfün gərək edə, niyə eylər xəta gözün.
Könlümlə zülfünün var idi əvvəl ülfəti,Axırda eylədi anı da bivəfa gözün.
Məcruh sinədə yenə könlüm görünməyir,Billah, ya qaşın aparıb anı, ya gözün.
İmanım almamış eləməz qəsd qətlimə,Həm qanımı tökür, həm alır xunbəha gözün.
Zülfü xətin ümidimi səndən kəsər, vəliEylər arada özgə işarət mana gözün.
Eylər Məsih ləblərinə çox nəzər, məgərBimardır mənim kimi, istər dəva gözün?
Can verməyib nigahına müşkül deyil, vəliBir cana müşkül eyləyəcək iktifa gözün?
Maqta — the closing couplet bearing the poet’s pen name. Min rəngilə Baharı salıbdır bəlalərə,O ağ üzün, o al yanağın, ol qara gözün.
Kitabxana.az · https://kitabxana.az/en/works/bahar-sirvani-ger-zulfun-ile-beyle-ola-asina-gozun
Use ← → keys to move, R for a random poem
More by this author
Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çək,Gər bavər etməsən, sözümü imtahanə çək.
Tutsam şərabı gər ləbinə tay, haramdırTutsam şərabı gər ləbinə tay, haramdır,Gər nöğrə söyləsəm təninə, hərfi-xamdır.
Yetməz tamamə zülfi-siyahın hekayətiYetməz tamamə zülfi-siyahın hekayəti,Bir qissədir uzun, onun yox nihayəti.
Zülfün kimi qaraldı könül dudi-ah iləZülfün kimi qaraldı könül dudi-ah ilə,Eşqində iddia edərəm bu güvah ilə.