Tutsam şərabı gər ləbinə tay, haramdır,Gər nöğrə söyləsəm təninə, hərfi-xamdır.

Ruxsarın üzrə zülfünə baxdım o qədr kim,Gördüm ki, gün qürub eyləyib, vəqti-şamdır.

Mahi-tamam səhv ilə bir gün dedim sənə,Hər kəs eşitdi, dedi: bu söz natamamdır.

Zalım, bu qədr könlümü qan etməyin nədir,Qan etmədim, dedim ləbinə ləl, namdır.

Zahid bilirmi hiç miyanın hekayətin,Nazik sözü nə bilsin o kəs kim, avamdır.

Zahid, təvafi-Kəbəni qoy, bir güzar qıl,Meyxanə içrə gör nə səfalı məqamdır?!

Maqta — the closing couplet bearing the poet’s pen name. Dedim ki, şəhddir ləbin, ey canı cismimin,Dedi: görün Bahar nə şirinkəlamdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love