Mey nuri cilvə eylədi cami-bülurdən,Cami-büluri gör ki, ləbaləbdi nurdən.

Ruxsarın atəşi məni yandırdı durdən,Əlbəttə, yandırar, düşə gün gər bülurdən.

Naz ilə bir xuramə gəl, əmvatə qıl güzər,Ta "mərhəba!" səsi gələ əhli-qüburdən.

Zahid sözilə kim büti-meyxanədən keçər,Özü görək keçirmi behişt ilə hurdən?

Ol bivəfa tutarmı vəfa ilə dəstimi,Basmaz ayağını gözümə çün qürurdən.

Maqta — the closing couplet bearing the poet’s pen name. Meyxanəyə Bahar qürur ilə meyl edər,Zahid qüsura meyl qılır [kim] qüsurdən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern