Ləli-ləbin ki, xəlq deyirlər şərab ona
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ləli-ləbin ki, xəlq deyirlər şərab ona,Xasiyyəti-şərab tapar yetsə ab ona.
Şirin ləbin ki, ləl ürəyin qanə döndərib,Yoxdur üzündə qanı, deyən ləli-nab ona.
Görmək şüai-arizini kimdə tabi var,Bitablıq edib nə salırsan niqab ona?!
Gündən-günə saraldı, görüb hüsnünü yenə,Girməz yerə ki, qarşı çıxar aftab ona.
Nəfyi-vücudi-nöqteyi-mövhum edər həkim,Ağzın deyəydi kaş açılıb bir cavab ona.
Maqta — the closing couplet bearing the poet’s pen name. Zahid ki, eşqi küfr deyib hökm edər, Bahar,İmanə gəlməz, oxuyasan min kitab ona.
Kitabxana.az · https://kitabxana.az/en/works/bahar-sirvani-leli-lebin-ki-xelq-deyirler-serab-ona
Use ← → keys to move, R for a random poem
More by this author
Gər zülfün ilə beylə ola aşina gözün,Axırda başıma gətirər min bəla gözün.
Hər kim ki, hicri-yar ilə düşsə dimağdənHər kim ki, hicri-yar ilə düşsə dimağdən,Heç açılırmı könlü onun seyri-bağdən?
Mey nuri cilvə eylədi cami-bülurdənMey nuri cilvə eylədi cami-bülurdən,Cami-büluri gör ki, ləbaləbdi nurdən.
Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çəkŞadəm, gəl, ey sənəm, məni eşqində qanə çək,Gər bavər etməsən, sözümü imtahanə çək.