Zülfün kimi qaraldı könül dudi-ah ilə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Zülfün kimi qaraldı könül dudi-ah ilə,Eşqində iddia edərəm bu güvah ilə.
Netsin o tari-zülfünə bu qan olan könül,Mümkünmüdür bacarmaq o zülfi-siyah ilə?!
Hər guşəsində gözlərinin min bəla yatıb,Necə can almasın belə göz bir nigah ilə?
Lütf ilə yığdı süni-qəza hüsni-ruyinə,Necə ki, bağban gülü bağlar giyah ilə.
Müjgan səfini sinəmə çəkmək rəva deyil,Gəlmək xərabə mülkə nə lazım sipah ilə?!
Fikri həmişə qanını tökməkdir aşiqin,Muxtardır, nə etmək olur padişah ilə!
Maqta — the closing couplet bearing the poet’s pen name. Meyxanəyə Bahar girib "ya sənəm" deyir,Zahid girəndə Kəbəyə yüz "la ilah" ilə.
Kitabxana.az · https://kitabxana.az/en/works/bahar-sirvani-zulfun-kimi-qaraldi-konul-dudi-ah-ile
Use ← → keys to move, R for a random poem
More by this author
Hər kim ki, hicri-yar ilə düşsə dimağdən,Heç açılırmı könlü onun seyri-bağdən?
Ləli-ləbin ki, xəlq deyirlər şərab onaLəli-ləbin ki, xəlq deyirlər şərab ona,Xasiyyəti-şərab tapar yetsə ab ona.
Mey nuri cilvə eylədi cami-bülurdənMey nuri cilvə eylədi cami-bülurdən,Cami-büluri gör ki, ləbaləbdi nurdən.
Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çəkŞadəm, gəl, ey sənəm, məni eşqində qanə çək,Gər bavər etməsən, sözümü imtahanə çək.