Kimdir ki, verməsin könül əbrukəmanlara
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Kimdir ki, verməsin könül əbrukəmanlara,Dil verməmək mahaldı bu dilsitanlara.
Pirani-parsadilü həftadsaləmiz,Meydir muradı ta nə yetişsin cavanlara.
Söz yox, dəhanı var, o qədər təngdir ki, sözBir nüktədir, təvəllüqü var nüktədanlara.
Hər kim ki, cüzvi-layətəcəzzanı dərk edər,Bir nöqtə dərkin etməyə düşməz gümanlara.
Bir gün şərarələr tökülüb yer üzün yaxar,Əzbəs, çıxıbdır ahım odu asimanlara.
Qəmzən xədəngi oldu könüllərdə cayigir,Çox yaxşı dəydi tiri-nigahın nişanlara.
Əhli-vəfanı seyd elə hər bir vəfasıza,Atma oxun, dəyər biri, əlbəttə, canlara.
Yusif, əgər varındı hünər, olma meypərəst,Dil vermə daxi türreyi-ənbərfəşanlara.
Maqta — the closing couplet bearing the poet’s pen name. Sən məst, çeşm məst, cahan məst, badə məst,Kim huşyardır, bu xəbər çatsın onlara.
Kitabxana.az · https://kitabxana.az/en/works/ebdulxaliq-yusif-kimdir-ki-vermesin-konul-ebrukemanlara
Use ← → keys to move, R for a random poem
More by this author
Ey güli-tər, məni xar eyləmədinmi? Elədin.Şöhreyi-xürdü kübar eyləmədinmi? Elədin.
Hər kəsdə kəmal olmasa ürfanlığa dairHər kəsdə kəmal olmasa ürfanlığa dair,Nitq edə gərək bisərü samanlığa dair.
Könlüm xoş olur ol büti-zibayə baxandaKönlüm xoş olur ol büti-zibayə baxanda,Vəcd eylərəm ol zülfi-səmənsaya baxanda.
Müsəlsəl zülfdür çin-çin olub dilbər kənarındaMüsəlsəl zülfdür çin-çin olub dilbər kənarında,Və ya ənbər saçılmış yari-siminbər kənarında.
Poems by other poets · Love
Yoxdur aləmdə bir aşiq kim, ola kami rəva,Gər olub, aşiq degil, aşiqdir kami narəva.
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
Get!Bəni anlatma ki eşq, aləmi-sevda nə imiş?Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş.
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?