Ey güli-tər, məni xar eyləmədinmi? Elədin.Şöhreyi-xürdü kübar eyləmədinmi? Elədin.

Salmadınmı yüzünə zülfl-siyahı? Saldın.Günümü çün şəbi-tar eyləmədinmi? Elədin.

Almadınmı dili-sədparəmi əldən? Aldın.Bir nigahilə şikar eyləmədinmi? Elədin.

Olmadımmı səri-kuyində mücavir? Oldum.Məni sən hicrə düçar eyləmədinmi? Elədin.

Nalə bulbül kimi mən eylər ikən gül kimi sən,Xəndə, ey laləüzar, eyləmədinmi? Elədin.

Tutmadınmı gedib əğyar ilə ülfət? Tutdun.Məni əğyar ilə yar eyləmədinmi? Elədin.

Dustü biganəni yox, aləmi, ey mahliqa,Mənə düşmən nə ki, var eyləmədinmi? Elədin.

Demədinmi ki, nigahımla səni qətl edərəm?Mən ilə böylə qərar eyləmədinmi? Elədin.

Maqta — the closing couplet bearing the poet’s pen name. Yusifi, ey guli-xoşbuyi-məhəbbət, hər dəmGülşəni-eşqə həzar eyləmədinmi? Elədin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love