Könlüm xoş olur ol büti-zibayə baxanda,Vəcd eylərəm ol zülfi-səmənsaya baxanda.

Nitqin görüb əşkim hünəri düşdü gözümdən,Bir qətrədi bu bəhr o dəryaya baxanda.

Çeşmim baxa bilməz o dilaraya doyunca,Əlbəttə ki, göz xirələnir Aya baxanda.

Məşuqunə bir kəs baxa, aşiq həsəd eylər,Mən xoşlanıram xəlq o dilaraya baxanda.

Vəsl istə, behişt istəmə, ey zahidi-bizövq,Dəyməz bu təmənna o təmənnaya baxanda.

Hicran ələmi zövqi-vüsal artırur, ancaqSurət necə əlzəmdir o mənaya baxanda.

Maqta — the closing couplet bearing the poet’s pen name. Yusif, nə qədər fikr edəsən eşqdən özgə,Bir faidəsi yoxdu bu dünyaya baxanda.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love