Nihani bəslənir ləlin xəyalı can arasında
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Nihani bəslənir ləlin xəyalı can arasında,Bəli, can riştəsi vardır, deyirlər, qan arasında.
Qübari-məqdəmin didəmdə müşküldür məkan tutsun,Nə nisbət var gədayi-məhz ilə sultan arasında.
Gözün tiği-müjənlə tökdülər bir ləhzədə qanım,Vəli, məhv oldu bu qan çeşmilə müjgan arasında.
Camalın nurunu bu hüsnilə dərk eyləməz zahid,O biçarə nə bilsin ki, nə var Quran arasında.
Zəminü asimanda hər qədər fərq olsa, vazehdir,O qədri var məsafət zöhd ilə ürfan arasında.
Tikandan gül çıxar, adət budur, amma nə nisbət varNəzərdə xar ilə ol qönçeyi-xəndan arasında.
Maqta — the closing couplet bearing the poet’s pen name. Əgər keyfiyyəti-mey, cəzbəyi-eşq olmasa, Yusif,Təfavüt bəs nədir insan ilə heyvan arasında?
Kitabxana.az · https://kitabxana.az/en/works/ebdulxaliq-yusif-nihani-beslenir-lelin-xeyali-can-arasinda
Use ← → keys to move, R for a random poem
More by this author
Çəməndə naləni ögrəndi mürğani-çəmən məndən,Qəmalud olmağı kəsb etdi bərgi-yasəmən məndən.
Ey güli-tər, məni xar eyləmədinmi? ElədinEy güli-tər, məni xar eyləmədinmi? Elədin.Şöhreyi-xürdü kübar eyləmədinmi? Elədin.
Hər kəsdə kəmal olmasa ürfanlığa dairHər kəsdə kəmal olmasa ürfanlığa dair,Nitq edə gərək bisərü samanlığa dair.
Kimdir ki, verməsin könül əbrukəmanlaraKimdir ki, verməsin könül əbrukəmanlara,Dil verməmək mahaldı bu dilsitanlara.
Poems by other poets
Salubdı indi nəzərdən, gedüb, o yar məni,Edübdi möhnətü dərdi-ğəmə düçar məni.
AğlaramÇərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
Mən fağırın xətirinə dəyibdiZinzal dərəsində suyun üstündə,Bir fahişə mən fağıra söyüfdü.
BaxBizi yoxdan var eləyən ol şahi-dildara bax,Abı,ataş,xaki, baddan xəlq olunan insana bax,