Zinzal dərəsində suyun üstündə,Bir fahişə mən fağıra söyüfdü.Allahın yaramaz mundar yasarı,Demədinmi eşidəllər ayıfdı.

İnsanı görəndə ağzın ayırır,Qoltuğunun qılı camış doyurur,Təpəsində leylək yuva qayırır,Dişlərini qazma kimi eyifdi.

Özünə baxmayıb lağ edir bizə,Boynu armut sapı məməsi küzə.Sirkəli saçını sarıf ağ bezəDazalax başına dıngə qoyufdu.

Gözləri mavidi rəngi sarı,Didarında yoxdu Məhəmmət nuruSənə qənim olsun Şenliyin piriMən fağırın xətirinə dəyibdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets